Roman Vaydenfellerlə müqavilənin müddətini uzadıb
Dortmund "Borussiya"sı qapıçısı Roman Vaydenfellerlə müqavilənin müddətini 2016-ci ilə qədər uzadıb.

32 yaşlı qolkiper daha iki il komandasının şərəfini qoruyacaq.

Müqaviləni yenilədikdən sonra klubun saytına açıqlama verən qapıçı indiyə kimi heç vaxt "Borussiya"dan ayrılmaq niyyətinin olmadığını deyib.

Xəbər 797 dəfə oxundu.