«Qəbələ»nin yeni baş məşqçisi müəyyənləşib
«Qəbələ»nin yeni baş məşqçisi müəyyənləşib. Ramiz Məmmədovun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq Luis Araqona tapşırılan bölgə klubunu gələn mövsüm Yuri Syomin çalışdıracaq.

66 yaşlı rusiyalı mütəxəsisslə artıq razılıq əldə olunub. Syomin yaxın günlərdə ölkəmizə gələrək rəsmi müqaviləyə imza atacaq.

Yuri Semin 1947-ci ilin 11 mayında Rusiyanıni Orenburq şəhərində dünyaya gəlib. 4 gün sonra 66 yaşını qeyd edəcək mütəxəssis futbolçu karyerası ərzində Rusiyanın «Oryol», «Spartak» (Moskva), «Dinamo» (Moskva), «Çkalovets», «Lokomtiv» (Moskva), «Kuban» və Qazaxıstanın «Kayrat» klublarında çıxış edib.

1983-cü ildə məşqçiliyə başlayan Syomin iki l «Pamir»i çalışdırıb. 1986-cı ildə Moskva «Lokomotiv»inin başına keçən Yuri 4 il komandaya başçılıq edib. 1991-ci ildə Yeni Zellandiyanın olimpiya yığmasını çalışdıran «Qəbələ»nin yeni baş məşqçisi 1992-də «Lokomotiv»ə dönərək 2005-dək doğma komandasına rəhbərlik edib. 2005-c ildə qısa bir müddət Rusiya millisinin sükanı arxasında olan mütəxəssis 2005-2006-da Moskva, 2007-2009-da Kiyevi «Dinamo»sunu çalışdırıb. 2009-cu ildə məşqçi kimi üçüncü dəfə doğma «Lokomotiv»ə dönən Syominin son iş yeri Kiyev «Dinamo»su olub. O, 2010-2012-ci illərdə Ukrayna klubunun baş məşqçisi olub.

Syomin məşqçi kimi Rusiyda ölkə çempionluğunu (2002, 2004), Premyer Linanınq gümüş (1995, 1999, 2000, 2001) və bürünc medallarını (1994, 1998), ölkə kubokunu (1996, 1997, 2000, 2001), Super Kubokunu (2003, 2005), «Birlik Kuboku»nu (2005) qazanıb.

O, eyni uğurları Ukraynada da təkrarlayıb. «Dinamo» ilə ölkə çempionluğuna (2008/09), gümüş medallara(2007/08, 2010/11), kuboka (2007/08) sahib çıxıb.

Syomin 2008-2009 mövsümündə Kiyev «Dinamo»sunu UEFA Kubokunun yarımfinalına çıxarıb.

Xəbər 761 dəfə oxundu.