Xocavənddə voleybol üzrə rayon birinciliyi keçirilib
Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının 1 fevral tarixində 6 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq Mayın 4-də Xocavənd qəsəbəsində Salakətin kənd tam orta məktəbin idman zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilib.

Əhalinin asudə vaxtını səmərəli təşkil etmək, idmanın voleybol növünü kütləviləşdirmək, rayon çempionunu aşkar etmək ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd etmək məqsədi ilə keçirilən yarışda 8 komanda, 90 nəfər iştirak edib.

Yekun nəticələr görə birinciyə Tuğ kənd, ikinciyə UGİM, üçüncü yerə Kuropatkin kənd komandası layiq görülüb.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1101 dəfə oxundu.