Yardımlıda cüdo üzrə rayon birinciliyi keçirilib
Mayın 6-da Yardımlı rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi keçirilib.

Yardımlı rayon Şəfəqli kənd tam orta məktəbin idman zalında 30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclər arasında Heydər Əliyev irsinin təbliği, fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, sülhün təbliği, idmanın kütləviliyinə nail olmaq, idmanın cüdo növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin bu idman növünə marağın artırılması olub.

Sonda birinciyə İlkin Əliyev (30kq), ikinciyə Əhməd Rzazadə (45 kq), üçüncüyə Şəhriyar Rzazadə (55 kq), dördüncü yerə Rafət Məcidli (60 kq) layiq görülüblər.


Xəbər 940 dəfə oxundu.