Qadın hokkeyçilər fasiləyə çıxdılar
Həftəarası qadınlar arasında otüstü hokkey üzrə Azərbaycan çempionatında əvvəlki turlardan təxirə salınan «Sumqayıt» – «Bakı» matçı keçirilib. Ötən ilki çempion «Bakı» 3:0 hesabı ilə qalib gəlib. 6 oyundan 15 xal toplayan «Samur» (Qusar) fasiləyə vahid lider kimi çıxıb, başa vurub.

Çempionatın ilk yarısında 4 qələbə qazanan və 2 dəfə məğlubiyyətə uğrayan «Bakı» 12 xalla 2-ci yerdədir. «Atasport-2» 9 xal toplayaraq 3-cü pillədə qərarlaşıb. Keçirdiyi bütün oyunlarda məğlubiyyətə uğrayan sumqayıtlı qızlar yarış cədvəlində sonuncu yerdədir.

Xəbər 954 dəfə oxundu.