“Qalatasaray” diqqəti transferə yönəldib
Çempionluq qazanıldıqdan sonra “Qalatasaray” diqqəti transferə yönəldib. Başda Robben və Dzeko olmaq üzrə “cim-bom”un transfer siyahısını ulduzlar təşkil edir.

Klub prezidenti seçildikdən sonra Selçuk İnan, Muslera, Melo, Eboue, Elmander, Uyfalusi, Droqba və Sneyderi öz komandasına gətirən Ünal Aysal bu dəfə gözünü növbəti ulduzlara dikib. Türkiyə mətbuatı “Qalatasaray”ın transfer siyahısında bu ulduzların olduğunu bildirir: Con Terri, Kolo Ture, Kliçu, Leskott, Lukas Podolski, Qonzalo Hiquain və Gervinyo. Bundan əlavə Aysalın “Liverpul”da forma geyən Luis Suarez üçün 35 milyon avro ödəməyə hazı olduğu da söylənilir.

Xəbər 771 dəfə oxundu.