Millimizin hücumçusu "Qalatasaray"a gözəl qol vurdu
Azərbaycan millisinin hücumçusu Cihan Özkara Türkiyə superliqasının "Qalatasaray"la matçında qol vurub. İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşan görüşündə 21 yaşlı futbolçu 90+3-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Bu, cari mövsümdə Cihanın "Sivasspor"da ilk qolu olub. Onun "Qalatasaray"a vurduğu gözəl qolun görüntüsünü təqdim edirik.

Xəbər 964 dəfə oxundu.