Gənclər arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək

Mayın 7-8-də Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək.
Komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, Qazaxstan, Özbəkistan və Ukrayna komandaları iştirak edəcəklər.
1991-1993-cü il təvəllüdlü idmançıların iştirak edəcəyi turnirdə 8 çəki dərəcəsində (50, 55, 60, 66, 74, 84, 96 və 120 kq) qaliblər müəyyən ediləcək.
Turnirin proqramına əsasən, mayın 7-də qrup görüşləri, mayın 8-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək.
Turnirin rəsmi açılış mərasimi mayın 7-də saat 17.00-da baş tutacaq.

Xəbər 2928 dəfə oxundu.