“Naxçıvan Kuboku” Naxçıvanda qaldı
Naxçıvan Olimpiya İdman Kompleksində Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir bu gün başa çatıb.

İdman.com.az saytı xəbər verir ki, öz qruplarında birinci olmuş Azərbaycan və Naxçıvan komandaları finalda qarşılaşıblar. Görüş 4:4 hesabı ilə başa çatıb. Əmsallara görə ev sahibləri turnirin qalibi olub.

7-ci yer uğrunda mübarizədə Ukrayna, 5-ci yer uğrunda görüşdə Türkiyə və bürünc medallar uğrunda yarışda isə Gürcüstan qələbə qazanıb.

5 may
7-ci yer uğrunda
Şərur – Ukrayna – 0:8

5-ci yer uğrunda
Özbəkistan - Türkiyə - 2:6

3-cü yer uğrunda
Rusiya – Gürcüstan – 1:7

Final
Azərbaycan - Naxçıvan – 4:4

50 kq - Seymur Əlizadə - Cabbar Yusifli - 2:0, 0:1, 1:0
55 kq - Elnur Həsənov - Kərim Cəfərov - 0:1, 0:3
60 kq - Murad Məmmədov - Elman Muxtarov - 0:1, 0:2
66 kq - Orxan Məmmədli - Rövşən Tağıyev - 0:2, 0:3
74 kq - Ceyhun Əliyev - Hacımurad Bağmanov - 2:0, 0:2, 2:0
84 kq - Ruslan Aciqov - Orxan Nuriyev - 3:0, 0:1, 1:0
96 kq - Türmən Eyyubov - Hacımurad Çöpsiyev - 3:0, 0:2, 2:0
120 kq - Əli Həsənov - Abbas Abdullayev - 0:1, 0:1 (təmiz qələbə)

Xəbər 1808 dəfə oxundu.