Götse ilə 20 milyonu istəmədi
Dortmund «Borussiya»sının yarımmüdafiəçisi, yayda «Bavariya»nın oyunçusu olacaq Mario Götse «Mançester Siti»yə keçmək təklifini rədd edib. İdman.com.az saytının məlumatına görə, ingilis klubu futbolçuya ili 20 milyon avroluq və ya həftəsi 331 min funtluq maaş təklif edib.

Götse bu cür sərfəli təklifi qəbul etməyib «Bavariya»nı seçib. Münhen klubunun idman direktoru Matias Zamer də futbolçunun inanılmaz təklifdən məhz «Bavariya» keçmək üçün imtina etdiyini söyləyib.

Xəbər 2058 dəfə oxundu.