Maurinyu: «Bir ingilis klubunda məni çox sevirlər»
«Real»ın baş məşqçisi Joze Maurinyu «Borussiya»ya məğlubiyyətdən sonra komandasını yeni mövsümdən dəyişməyə hazır olduğunu eşitdirib. İdman.com.az saytının məlumatına görə, cari mövsümdə «kral klubu»nun La Liqada qələbəyə, praktiki olaraq şansı qalmayıb. Madridlilər finişə 5 tur qalmış «Barselona»dan 11 xal geri qalırlar. «Santyaqo Bernabeu»da qalıb-qalmayacağı barədə sualın cavabında portuqaliyalı deyib:

«Bəlkə də, yox. Hələ bilmirəm. Lakin sevildiyim yerdə olmaq istəyirəm. Bilirəm ki məni İngiltərədə sevirlər. Məni azarkeşlər sevir, məni ədalətli münasibət göstərib yerə gələndə tənqid edən, yeri gələndə də dəstəkləyən mətbuat sevir. Bilirəm ki, bir klubda məni xüsusən sevirlər. İspaniyada isə əksinə, nifrət bəsləyirlər. Bu sırada hazırda mənimlə bir otaqda əyləşənlər də var. Qərarı hələ verməmişəm.

Çünki hələ ki, müqaviləm mövcuddu. Ancaq müqaviləni istənilən vaxt dayandırmaq olar. Ən əsası mənim prezident əvə klubun özünə olan hörmətimdi. İndi mən kubokun finalını qazanmaq, çempionatı ikinci pillədə başa vurmaq və mövsümün yekununda Florentino Pereslə bir masa arxasına əyləşib mənim üçün nəyin yaxşı olduğuna qərar verməyi düşünürəm».

Xəbər 782 dəfə oxundu.