El-Şaaravi: Əbədi olaraq «Milan»da qalacağam
«Milan»ın forvardı Stefan El-Şaaravi klubun baş məşqçisi Massimiliano Alleqrinin «rossoneri»lərin sükanında işini davam etdirəcəyinə ümid etdiyini söyləyib. İdman.com.az saytı xəbər verir ki, bu günlərdə İtaliya mətbuatında klub prezidenti Silvio Berluskoninin yayda 45 yaşlı mütəxəssisi, nəticələrdən asılı olmayaraq istefaya göndərmək istədiyi barədə xəbərlər yayılıb. El-Şaaravi məşqçi barədə fikirlərini belə açıqlayıb:

«Alleqri «Milan»a və şəxsən mənə çox şey verib. O burada 3 fantastik mövsüm keçirib. Biz həmişə onu dəstəkləmişik. O, sərt tənqidlərə məruz qaldığı zamanlarda da bunu etmişik. O buna əhəmiyyət verməyib və işini davam etdirib. Biz isə öz növbəmizdə ona dəstək olmağa çalışmışıq. Ümid edirəm ki, o, hələ uzun müddət bizimlə əməkdaşlıq edəcək».

Futbolçu özü barədə, ona digər klublardan olan maraqdan da danışıb: «Mənimlə «Napoli» və «Mançester Siti» də maraqlanır? Mənim üçün böyük şərəfdi. Lakin buradakı halımdan çox razıyam və əbədi olaraq «Milan»da qalmağı düşünürəm. Qallianinin də mənim satılmadığımı söyləməsi məni çox sevindirir».

Xəbər 976 dəfə oxundu.