Karlinyos ölkəsində qalır
Bu mövsümün əvvəlində adı «Qalatasaray»ın transfer məqsədləri siyahısında olmuş braziliyalı Karlinyos haqqında gəzən dedi-qodular haqqında yeni bir açıqlama verib. İdman.com.az saytı xəbər verir ki, «Fluminense»den ayrılmayacağını açıqlayan Karlinyos, Braziliya millisində mütəmadi forma geyinə bilməsi üçün karyerasını bir müddət ölkəsində davam etməyinin lazım olduğunu söyləyib. Karyerasının ən yaxşı ilini 2012-ci ildə keçirdiyini söyləyən futbolçu bunları deyib:

«2012-ci ildə Braziliyanın ən yaxşı sol beki seçildim və milliyə çağırıldım. Özümə də çox diqqət etdim və heç bir zədə keçirtmədim. Mənim üçün müdhiş keçən bir mövsümdü. Ümid edirəm bu mövsümü də eyni şəkildə tamamlaya bilərəm. Bir çox oyunçular Braziliya millisində oynaya bilmək üçün ölkəyə geri dönür. Braziliya klublarının futbolçulara baxışları artıq çox dəyişib».

Braziliyadakı həyatından məmnun olduğunu dilə gətirən Karlinyos, «Fluminense»yə tam uyğunlaşdığını söylədi: «Mənim üçün ailəmin seçimləri və xoşbəxtliyi çox əhəmiyyətlidi. Onların da Rio de Janeyroya alışdığını və burada xoş və rahat bir həyat sürdüyünü söyləyə bilərəm».

Karlinyos bir qədər öncə verdiyi açıqlamada da 2012-ci ildə «Qalatasaray»ın ona Taffarel vasitəsilə bir təklif göndərdiyini, ancaq «Fluminense»nin bu təkliflə heç bir şəkildə maraqlanmadığını dilə gətirmişdi. «Qalatasaray»ın prezidenti Ünal Aysal da iştirak etdiyi bir televiziya proqramında Karlinyos haqqında açıqlamalar vermiş və braziliyalı oyunçu üçün edilən təklifi «Fluminense»nin qəbul etmədiyini açıqlamışdı.

Xəbər 1064 dəfə oxundu.