Final: Azərbaycan – Naxçıvan!
Bu gün Naxçıvan Olimpiya İdman Kompleksində Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir başlayıb.

İdman.com.az saytı xəbər verir ki, əvvəlcə yarışın təşkilat komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR və Gənclər və İdman Nazirliyinin nümayəndələri, AGF-nin 1-ci vitse-prezidenti Namiq Əliyev, baş katib Əjdər Cəfərov, olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov və Şərif Şərifov ümummilli liderin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndəri xatirəsini ehtiramla yad edib və abidənin önünə gül dəstələri düzüblər.

Sonra turnirin rəsmi açılışı keçirilib. Bu mərasimində çıxış edən Namiq Əliyev, vətənimizin dilbər guşələrindən olan qədim Naxçıvan torpağında yarış iştirakçılarını salamlayıb. Ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurla icra edildiyini qeyd edib və ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının idmançılarımızın nailiyyətlərinin ildən-ilə artmasında əvəzsiz rolu olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də güclü infrastruktur layihələrinin icra edildiyini qeyd edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdmançılara ədalətli mübarizə arzulayan Vasif Talıbov yarışı açıq elan edib.

AGF-in 1-ci vitse-prezidenti sözü gedən məkanda güləşin inkişafındakı xidmətlərə görə, Naxçıvan MR Ali Məclisinin sədrinə FİLA-nın qızıl medalı və fəxri diplomunu təqdim edib.

Açılış mərasimi bədii hissə ilə davam edib. "Eurovision" musiqi yarışında ölkəmizi uğurla təmsil edən Eldar və Nigarın ecazkar ifaları arenaya toplaşan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Nəticələrə gəldikdə, püşkün nəticəsinə əsasən, Azərbaycan, Şərur, Özbəkistan və Rusiya komandaları "A" yarımqrupunda, Naxçıvan, Ukrayna, Gürcüstan və Türkiyə komandaları isə "B" yarımqrupunda mübarizə aparıb.
İlk yarış günündə görüşlər keçirilib. İlkin vəziyyət aşağıdakı kimidir:

"A" yarımqrupu

Azərbacan - Şərur 8:0
Özbəkistan - Rusiya 3:5
Azərbacan - Özbəkistan 8:0
Şərur - Rusiya 2:6
Azərbacan - Rusiya 8:0
Şərur - Özbəkistan 3:5

1. Azərbacan - 24:0, 2. Rusiya - 11:5, 3. Özbəkistan - 8:16, 4. Şərur - 5:19.

"B" yarımqrupu

Naxçıvan - Ukrayna 8:0
Gürcüstan - Türkiyə 6:2
Naxçıvan - Gürcüstan 5:3
Ukrayna - Türkiyə 2:6
Naxçıvan - Türkiyə 3:5
Ukrayna - Gürcüstan 2:5

1. Naxçıvan – 16:8, 2. Gürcüstan – 15:9, 3. Türkiyə – 13:11, 4. Ukrayna -
4:20.

Beləliklə, öz yarımqruplarında birinci olmuş Azərbaycan və Naxçıvan komandaları finalda qarşılaşacaqlar. Bürünc medalın taleyi Rusiya və Gürcüstan millilərinin görüşündə müəyyənləşəcək.

7-ci yer uğrunda
Şərur - Ukrayna (5 may, saat 10.00)

5-ci yer uğrunda
Özbəkistan - Türkiyə (5 may, saat 10.00)

3-cü yer uğrunda
Rusiya - Gürcüstan (5 may, saat 11.00)

Final
Azərbaycan - Naxçıvan (5 may, 15.00)

Xəbər 2205 dəfə oxundu.