Konnor Mckonvey: Liderə çatmaq mümkün deyildi
«4-cü mərhələnin gərgin keçəgəyini bilirdim. Ona görə, bu etapa yaxşı hazırlaşmışdım». Bunu «İdman» qəzeti və idman.com.az saytının əməkdaşına açıqlamasında “Tour d`Azerbaidjan” beynəlxalq veloturunun 4-cü mərhələsində 2-ci yeri tutmuş Konnor Mckonvey dedi.

«Synergy Baku» komandasının volosipedçisi bildirdi ki, bu mübarizə də çox gərgin keçdi: «Son periodda irəli atıldım. Liderə çatmaq qeyri-mümkün idi. Yan Hirtə çatmaq mümkün deyildi. Rəqabət hələ bitməyib. Sabah da fərqlə bilərik».

Qeyd edək ki, təmsilçimiz 03.00.58 saniyə nəticə göstərdi. O, rəqibindən 3 dəqiqə 58 saniyə geri qaldı.

KAMRAN

Xəbər 949 dəfə oxundu.