“Naxçıvan kuboku”nda hansı komanda qalib olacaq?
4-5 mayda Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə gənc yunan-Roma güləşçiləri arasında “Naxçıvan kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

İdman.com.az saytı xəbər verir ki, bir gün əvvəl turnirin püşkatma mərasimi təşkil olunub. Nəticəsdə, Azərbaycan, Şərur, Özbəkistan və Rusiya komandaları “A” yarımqrupunda, Naxçıvan, Ukrayna, Gürcüstan və Türkiyə kollektivləri “B” yarımqrupunda mübarizə aparacaqlar.

Turnirin proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-4-cü yerlər uğrunda qarşılaşmalar keçiriləcək.
Yarımqruplarda ilk yeri tutan komandalar finalda qarşılaşacaqlar.
İlk üç yeri tutan komandalar AGF tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Xəbər 1099 dəfə oxundu.