“Böyük dəbilqə” start verildi
Bu gün “Sərhədçi” Olimpiya-İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə cüdo üzrə beynəlxalq “Böyük dəbilqə” turniri başlayıb. İdman.com.az saytı xəbər verir ki, yarışda 25 ölkədən 190-dan çox tatami ustası mübarizə aparır. Rəqabətin ilk günü Azərbaycan millisinin 25 cüdoçusu tatami üzərinə çıxacaq.

Turnirin açılış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov və federasiyanın digər rəhbər şəxsləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik və başqaları iştirak edəcəklər.

Xəbər 1088 dəfə oxundu.