Kristof Şvayster: İstərdik, komanda hesabında qalib olaq
Qəbələ «İstərdik ki, hesabı dəyişək. Daha yaxşı çıxış edib, komanda hesabında qalib olaq». Bunu idman.com.az saytının əməkdaşına açıqlamasında «Synergy Baku Cycling Project» komandasının heyətində 3-cü yeri tutmuş Kristof Şvayster dedi.

“Tour d`Azerbaidjan” beynəlxalq veloturunun 3-cü mərhələsində 3 saat, 57 dəqiqiqə, 3 saniyə nəticə göstərmiş almaniyalı velosipedçi qarşıdakı raundlara nikbin baxır:

«Evdə çıxış etmək ikiqat məsuliyyət tələb edir. Gərək, azarkeşləri üzməyəsən. Komanda yoldaşlarım yenə mənim üçün çalışdılar. Hələ heç nə bitməyib. Çalışacağıq ki, yenə nəyəsə nail olaq. Sonda qalib adını qazanaq».

Qeyd edək ki, ölkəmizin bu yarışda yeganə təmsilçisi «Synergy Baku Cycling Project» 3 mərhələdən sonra 36.58.13 saniyə nəticə ilə 4-cü yerdədir. İlk sırada bizdən 01.21 saniyə fərqlə Qazaxıstanın «Astana» komandası dayanır.

Kamran HACI
Qəbələ

Xəbər 950 dəfə oxundu.