Millimizin ilk rəqibi Makedoniya olacaq | |
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi ilk oyunun başlanma vaxtı və stadion müəyyənləşib. Yığmamız iyunun 8-də, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Makedoniya komandası ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq. Xatırladaq ki, yığmamızın mübarizə aparacağı 8-ci qrupdakı digər rəqibləri İsrail, Portuqaliya və Norveç komandalarıdır. |
|
Xəbər 789 dəfə oxundu. |
|
|