İddiaçılar mübarizəyə başlayırlar
Teymrla Şəhriyarın sansları necə görünür?
Mayın 4-dən bütün dünyada şahmat həvəskarlarının diqqəti Tatarıstanın paytaxtı Kazana yönələcək. Ayın 27-dək şahmat aləminin ən iddialı şahmatçıları dünya çempionu Vişvanatan Ananda rəqib olmaq uğrunda mübarizə aparacaqlar. Kazanda «Korston» kompleksində keçiriləcək şahmat üzrə dünya çempionu adı uğrunda iddiaçıların görüşlərində yarışacaq 8 şahmatçı arasında Azərbaycanın iki təmçilçisi var. Bunlar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovdur. Yarışda həmçinin Veselin Topalov (Bolqarıstan), Vladimir Kramnik, Aleksandr Qrişşuk (hər ikisi - Rusiya), Boris Gelfand (İsrail), Qata Kamski (ABŞ) və Levon Aronyan (Ermənistan) mübarizə aparacaqlar. İddiaçıların yarışlarının birinci mərhələsində Rəcəbov Kramniklə, Məmmədyarov Gelfandla, Topalov Kamski ilə, Aronyan Qrişşukla qarşılaşacaqlar. 1/4 finalın ilk görüşlərində şahmatçıların hansı fiqurlarla oynaması yarışların açılışı günü müəyyənləşəcək.
Yarımfinala çıxacaqları təqdirdə Teymurun rəqibi Aronyan və ya Qrişşuk, Məmmədyarovun rəqibi isə Topalov – Kamski cütünün qalibi olacaq.
İlk iki mərhələdə tərəflər klassik vaxt nəzarətli 4 görüş keçirəcəklər. Bərabərlik təqdirində 25-dəqiqəlik daha 4 partiyaya ehtiyac qalacaq. Növbəti bərabərliyin ardından 5-dəqiqəlik 2 partiya oynanılacaq. Bu qısa partiyaların sayı 5-ə də çata bilər. Lakin yenə də qalib müəyyənləşməzsə, ağlara 5, qaralara 4 dəqiqə verilməklə sonuncu cəhd ediləcək. Bu görüşün heç-heçəsi qaraların xeyrinə olacaq. Finalda klassik partiyaların sayı 6 olacaq. Tay-breklərsə öncəki mərhələlərdəki ilə eyni qaydada keçiriəcək.
Ümumi mükafat fondu 420 min avro olan turnirin finalçıları hərəyə 90 min, yarımfinalçılar 60 min, ilk mərhələdə uduzanların hər biri 30 min qazanacaqlar.
Rusiyanın «Sport-Ekspress» qəzetində rəqibərin imkanları təhlil edilib. Yazı müəllifi Yuri Vasilyevin Azərbaycan şahmatçılarının iştirakı ilə keçiriləcək oyunlara verdiyi təhlili diqqətinizə çatdırırıq:

Kramnik, yoxsa Rəcəbov?

Keçmiş dünya çempionu Vladimir Kramnik Xantı-Mansiyskdəki Olimipiadadan öncə Şanxayda güclü turnirdə iştirak edib, Olimpiadada 1-ci lövhədə əla oynayıb və demək olar ki, bir günlük Parisdəki evinə gedərək, Bilbaoda «Böyük dəbilqə»yə yollanıb, orada parlaq qələbə qazanıb. Ondan sonra Moskvada Tal memoralında, London superturnirində və Veyk an Zeedə oynayıb. Ard-arda 6 mürəkkəb turnir! 35 yaşlı qrosseyster «Sport-Ekspress»ə müsahibəsində dediyi kimi, bu qədər çox heç vaxt oynamamışdı. Lakin onun Kazana hazırlıq planı belə idi.
Demək olmaz ki, Vladimir sadalanan turnirlərdə çox gərginlik keçirib, lakin ümumilikdə öz yüksək reytinqinə uyğun uğurlu oynayıb. Əlbəttə, təəssüfləndirici səhvləri də olub: Moskvada Aronyanla partiyada qalib gəlməl idi – uduzdu, Veyk an Zeedə Karlsenlə partiyada diqqətsiz oynadı, heç-heçəlik endşpildə məğlub oldu. Bu səhvlər olmasaydı, nəticələr daha yüksək olardı.
Kramnik dəfələrlə təkrarlayıb ki, o, matç oyunçusu deyil, turnir döyüşçüsüdür. Doğrudur, «matç oyunçusu»nu Bonnda Anand çox hiyləgərliklə «aldada» bildi. Lakin Vladimir Kazan kampaniyasına elə tacı özünə qaytarmaq üçün qoşulub. Rusiyalı şahmat ağır çəkilisinin başqa məqsədi də ola bilməz.
Kramniklə 1/4 finalda yarışın ən gənc iştirakçısı, çox təhlükəli Teymur Rəcəbov mübarizə aparacaq. Gənc bakılının blits üzrə son dünya çempionatındakı oyununa görə, Teymur çox ciddi hazırlaşıb. Onun iti debütəri necə gözəl oynamasını xatırlayıram: Sicilia əjdahası, qədim hind müdafiəsi, Yaniş qambti. Çox güman ki, Teymur Kramniklə oyuna yeni nəsə hazırlayıb, ya da köhnə silahını yaxşı «itiləyib».
Gənc bakılını təşəbbüskarlığı (istənilən rənglə), uzaq və dəqiq hesablamaları fərqləndirir. Ümumiyyətlə, ilk mərhələdə Kramnikin rəqibi çox təhlükəlidir.
Klassik oyunlarda 12 heç-heçə müqabilində məhsuldar partiyalar 4:0 Kramnikin xeyrinədir. Sürətlilərdə 8 heç-heçə müqabilində hesab 3:0 Kramnikin xeyrinədir. Blitsdə rəqiblər 6 partiya keçiriblər – hamısı da məhsuldar! Hesab – 3:3.
Xülasə. Əlbəttə, Vladimir əla anlayır ki, oyunun taleyini «klassik» hissədə, ən uzağı sürətli partiyalarda həll etməlidir. İşi blitslərə çatdırmaq arzuolunmazdır. Proqramın bu növündə Rəcəbov çox güclüdür.

Gelfand, yoxsa Məmmədyarov?

Son dəfə namizədlərin matçını biz 2007-ci ilin mayında Elistada izləmişik. O zaman 16 oynçudan Mexikodakı dünya çempionatına 4-ü seçilirdi. Kamıkiya paytaxtında oynayanlardan 4-ü indiki iddiaçılardan idi: Aronyan, Gelfand, Qrişşuk və Kamski. Özü də onlardan 3-ü dünya çempinatına keçdi. Bakroya «quru» hesabla qalib gələn Kamski Gelfandla matçda uduzub Meksikaya düşmədi. Gelfandsa yekunda Kramniklə 2-3-cü yerləri bölüşdü ki, bu da 40 yaşlı qrossmeyster üçün böyük uğur kimi qarşılandı. Lakin növbəti ildə Boris az deyil, bəlkə də daha böyük uğur qazandı: çox əsəbi «nokaut»da finalda özündən iki dəfə gənc Sergey Karyakinə qalib gələrək dünya kubokuna sahib çıxdı!
Kazanda 1/4 finalda 43 yaşlı israilli qrossmeysterlə 28 yaşlı bakılı Şəhriyar Məmmədyarov qarşılaşacaq.
Yadımdadır, 2007-ci ilin yazında Sofiyadakı 20-ci kateqoriyalı superturnir öncəsi mətbuat konfransında Şəhriyar demişdi: «Məni şahmat oynamağa atam məcbur edib. Əvvəl könülsüz məşğul olurdum, indi isə şadam ki, şahmat oynayıram. Dünya çempionu, reytinqdə birinci olmaq istəyirəm və inanıram ki, məndə alınacaq»
Həmin turnidə bakılı əla oynayırdı və 7-ci turadək hindli Saşikiranla liderlik edirdi. 7-ci tura rəqibinə qarşı üstün mövqe alan Məmmdyarov, əvvəlcə qeyri-dəqiq oynayıb üstünlüyü əldən verdi, sonra isə impulsiv gedişlə, heç-heçə etməli olduğu halda, partiyanı uduzdu. Bu, Şəhriyara böyük zərbə idi. O, hətta deyirdi ki, şahmata baxa bilmir. Gözəl taktik olan dünyanın 9-cu şahmatçısını, təəssüf ki, kifayət qədər psixoloji mökəmliyinin olmaması tez-tez yarı yolda qoyur. Bu yaxınlarda Məmmədyarov, hesab edirəm ki, peşəkar karyeranda ən gözəl gedişini etdi: uzun müddət Anandla məşğul olmuş çox təmkinli və sakit məşqçi, qrossmeyster Elizbar Ubilava ilə işləməyə başladı. Əgər Elizbar oyuna müdrik və ölçülüb-biçilmiş münasibətinin bir hissəsini belə verə bilsə, Şəhriyar dağları yerindən oynada bilər.
Klassikada əvvəlki oyunların hesabı 6 heç-heçə müqabilində 4:1 Gelfandın xeyrinədir. Blistdə iki heç-heçə ilə məhsuldar partiyaların hesabı 3:3-dür. Sürəti şahmatı bir dəfə 2008-ci ildə «Amber»də oynayıblar və Gelfand qalib gəlib.
Xülasə. Matçın favoriti daha təcrübəli və psixoloji dayanıqlı Gelfandı sanıram. Lakin Şəhriyar ali titul uğrunda mübarizə aparmağa ona hədiyyə olunmuş şansdan, yəqin ki, tam yararlanmağa çalışacaq.

Xəbər 1068 dəfə oxundu.