Gəncədə şəhər açıq birinciliyi keçirilib
Aprelin 21-də Gəncə şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş taekvando üzrə uşaq və yeniyetmələr arasında şəhər açıq birinciliyi keçirilib.

Gəncə OİK-də 121 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi şəhərin yığma komandasının tərkibini müəyyən etmək, yığma komandanın Respublika birinciliyində iştirakını təmin etmək olub.

Sonda Nuruzadə Qüdrət (30 kq), Sadıqov Elmir (33 kq), Məmmədov Elxan (37kq), Məmmədov Murad (30 kq), Kztanova Gülnarə (26), Həsənov Sadiq (49), Məmmədov Emil (49), Dadaşov Tərlan (53), Hüseynov İmran (57 kq), Hüseynov Mirəli (57 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 1015 dəfə oxundu.