Şəkidə “Coca Cola məktəbli kuboku”
Mayın 1-də Şəki Olimpiya İdman Kompleksində AFFA, Gənclər və İdman, Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Coca Cola məktəbli kuboku” nun zona yarışı keçirilib.

Turnirdə bölgənin Balakən, Zaqatala Qax rayonlarının və Şəki şəhərinin V və VII sinif şagirdlərinin komandaları iştirak edib.

V siniflərin yarışında final oyununda Qax komandası qalib gələrək finala vəsiqə qazanıb.

VII sinif komandalarının yarışında Balakən komandası qalib gələrək bu yaş qrupunda finala vəsiqə qazanıb.

Xəbər 1129 dəfə oxundu.