Millinin ilk oyununun başlanma vaxtı müəyyənləşdi
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi ilk oyunun başlanma vaxtı və stadion müəyyənləşib. Yığmamız iyunun 8-də, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Makedoniya komandası ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

Xatırladaq ki, yığmamızın mübarizə aparacağı 8-ci qrupdakı digər rəqibləri İsrail, Portuqaliya və Norveç komandalarıdır.

Xəbər 787 dəfə oxundu.