Azərbaycan – Makedoniya oyunu «Dalğa Arena»da
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi ilk oyunun başlanma vaxtı və stadion müəyyənləşib.

Yığmamız iyunun 8-də, «Dalğa Arena»da Makedoniya millisi ilə qarşılaşacaq. Oyun saat 18.00-da başlayacaq.

Qeyd edək ki, yığmamızın mübarizə aparacağı 8-ci qrupdakı digər rəqibləri İsrail, Portuqaliya və Norveç komandalarıdı.

Xəbər 798 dəfə oxundu.