“Levante-Deportivo” qarşılaşması şübhə altındadır
İspaniya çempionatının 31-ci turunda keçirilən “Levante-Deportivo” qarşılaşması şübhə altına düşüb.

İdman.com.az saytı xəbər verir ki, Levantenin futbolçularının bilərəkdən məğlub olduqları xəbərləri geniş kütlə arasında hələ də yayılmaqda davam edır. İlkin versiyaya görə, ehtimal olunur ki, komandanın bir neçə futbolçusu satın alınıb.

Qeyd edək ki, hazırda bu hadisə barədə xüsusi komissiya təşkil olunub və araşdırma aparılır. Levante komandasının günahı sübuta yetirilərsə, bu zaman onları 2 ildən 5 ilə qədər diskvalifikasiya gözləyir.


Aynurə Pənahqızı

Xəbər 773 dəfə oxundu.