Futzal turnirinin vaxtı müəyyənləşib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Odlar Yurdu təşkilatının birgə təşkilatçılığı ilə mayın 4-də və 5-də Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futzal turniri keçiriləcək. Turnirdə "Araz", "Neftçi" İSM, "Ekol" və İngiltərədə yaşayan azərbaycanlılardan təşkil olunmuş "Baku United" (London) klubları iştirak edəcək. Təqvim aşağıdakı kimidir:

4 may
Saat 18:00. "Araz" - "Ekol"
Saat 20:30. "Baku United" - "Neftçi" İSM

5 may
III yer uğrunda oyun və final

Xəbər 668 dəfə oxundu.