Üfüq Sarıca: “Günahkar özüməm”
“Pınar Karşıyaka”nın baş məşqçisi FIBA Avropa kubokunun itirilməsində ən böyük məsuliyyətin özünə aid olduğunu dilə gətirib.

İdman.com.az saytının məlumatına görə, məşqçi İzmirdə “Kransnye Krilia” ilə oynadığı və 77-76 hesabı ilə məğlub olduğu final qarşılaşmasından sonra Karşıyaka arenasında mətbuat konfransı təşkil edib.Yığıncaqda danışan Üfüq Sarıca həyat boyu xatırlayacaqlar bir matç yaşadıqlarını bildirib. Lakin o, həmçinin xəyal qırıqlığının dərin təsir buraxdığını da öz açıqlamasında bildirib.

"Biz buradan Avropa ikincisi olaraq çıxdıq. Tərəfdarlarımızından deyilən “canınız sağ olsun” və “komandamızla fəxr edirik” kimi ifadələri bizləri çox sevindirdi.

Finalı qazana bilməməyimiz bir çox ünsürün təsiri ola bilər, ancaq bu ünsürlərin heç biri yaşıl-qırmızılara könül verənləri günahlandırmağa səbəb olmamalıdır. Avropa çempionluğunun qaçırılmasından ən başdakı səbəbkar kimi özümü görürəm. Bunu açıq ürəkliliklə söyləmək istəyirəm "-deyə şərh verib.


Oyunçuların əhvallarının yaxşı olmadığını və ortada bir zədəli oyunçunun olmasını izah edən Sarıca, qarşıda yeni hədəflərin olduğunu da bildirib.


Aynurə Pənahqızı

Xəbər 1095 dəfə oxundu.