“Matça qalib gəlmək üçün çalışdıq”
“Anadolu Efes” in baş məşqçisi Oktay Mahmud çətin bir mübarizədə istədikləri hesabı əldə etdikləri üçün xoşbəxt olduqlarını ifadə edib.

İdman.com.az saytı xəbər verir ki, baş məşqçi Mersin Böyükşəhər Bələdiyyəsinə qarşı çətin bir mübarizə apardıqlarını söyləyib.

"Yaxşı bir performansla, 40 dəqiqə müddətində davamlı matça qalib gəlmək üçün çalışdıq. İndi istədiyimizi əldə etmənin xoşbəxtliyini yaşayırıq. Oyun zamanı matçın idarəsi əlimizdəydi. 2-ci periodda rəqib komanda bərabərlik əldə etməyə müvəffəq oldu. Lakin sonda nəticə etibarilə səfərdə 2 bal ala bildik. Bundan sonrakı matçlarda da yaxşı oyunumuzu davam etdirərək tərəfdarlarımızı xoşbəxt etmək istəyirik "-deyə məşqçi bildirib.


Aynurə Pənahqızı

Xəbər 1121 dəfə oxundu.