“Tour d`Azerbaidjan”ın 3-cü mərhələsi start götürdü
Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Tour d`Azerbaidjan” beynəlxalq veloturunun 3-cü mərhələsi başladı. İdman.com.az saytı xəbər verir ki, yarış iştirakçıları Qəbələdən start götürərək, Oğuzdan keçməklə, Şəkiyə yollanacaqlar. Oradan isə yenidən başlanğıc nöqtəyə qayıdacaqlar. Bu məsafənin ümumi uzunluğu 165 km-dir.

Xəbər 816 dəfə oxundu.