Qonzalo İquain komandadan ayrılacaq
"Real"ın futbolçusu Qonzalo İquain mövsümün sonunda komandadan ayrılacaq. Bu barədə klubun meneceri Joze Sançes deyib. O, qeyd edib ki, buna səbəb klubun prezindeti Florentina Peresin hücumçunun oyunundan məmnun qalmamasıdır. Menecer Benzemanın isə komandada qalacağını bildirib: "Benzema və İquain möhtəşəm futbolçulardır. Ancaq İquain gedəcək, Benzema qalacaq və yeni iki hücumçu komandaya transfer olunacaq".

Qeyd edək ki, "Real"ın maraqlandığı futbolçular arasında "Tottenhem"dən Qaret Beyl və "Mançester Siti"nin futbolçusu Serxio Aquera da var.

Xəbər 1018 dəfə oxundu.