Naxçıvanda Paralimpiya İdman festivalı
Mayın 1-i Naxçıvan Muxtar Respublikasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yübileyinə həsr olunmuş Paralimpiya İdman festivalı başlayıb. Festivala Bakı şəhərindən 80 nəfərə yaxın böyük nümayəndə qatılıb. Onların arasında 10 nəfər Milli Paralimpiya Komitəsinin üzvü, 51 idmançı, 12 nəfər məşqçi və 3 hakim var. Əvvəlcə tədbir iştrakçıları Naxçıvan şəhərinin mərkəzi meydanında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdillər, əziz xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.

Sonra paralimpiyaçılarımız Heydər Əliyev muzeyində oldular. Qonaqlar Muzeyin zəngin sərgi və ekspozisiyası ilə tanış oldular. Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq oyatdı.

Daha sonra Şərur Olimpiya Kompleksində Paralimpiya İdman Festivalının rəsmi açılış mərasimi keçirildi. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi naziri, Paralimpiya Federasiyasının sədri Cavid Səfərov qeyd etdi ki, ən çətin anlarda qəti, optimal qərar qəbul etməyi və bütün çətinliklərdən qələbə ilə çıxmağı bacaran Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti, daxili aləminin zənginliyi, onun sadəliyi, səmimiyyəti, demokratik prinsiplərə sadiqliyi, insanı dinləmək bacarığı, vətən sevgisi və ailəsinə olan məhəbbəti bizim hər birimizə örnək və nümunədir. Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov öz çıxışında Ümummili lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərindən danışdı. Onun sozlərinə ğörə, Ulu Öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız Ulu Öndərimizə borcluyuq” – deyə qeyd edən natiq bildirib ki, Türk dünyasının dahi oğlu, tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı, ictimai və siyasi fəaliyyəti, bu gün bütün dünyanı maraqlandırır.

Ulu Öndər Heydər Əliyevin dərin zəkası, analitik təfəkkürü, heyrətamiz yaddaşı, işgüzarlıq keyfiyyəti bu dahi insanı dünyada ən güclü, müdrik və qətiyyətli bir siyasətçiyə çevirdi. Komitə rəhbəri onu da qeyd etdi ki, 17 il ərzində ilk dəfə olaraq belə bir möhtəşəm Paralimpiya İdman festivalı keçirilir. Məhz bele tədbirlər gənc nəsildə paralimpiya haqqında dolğun fikir formalaşdıracaq və onlar böyük həvəslə paralimpiya hərəkatına qoşulacaqlar. Açılış mərasimində çıxış edən digər natiqlər, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, və ikiqat paralimpiya çempionu, ikiqat dünya, dörtqat Avropa cempionu, “Şöhrət” ordenli, Heydər Əliyev Fondunun “Qizil Çinar” mükafatı laureati, Milli Paralimpiya komandasının kapitanı İlham Zəkiyev ölkədə aparılan uğurlu idman siyasətindən, tikilən müasir idman komplekslerinin əhəmiyyətindən, Prezident İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan danışdılar. Rəsmi hissə başa çatdıqdan sonra paralimpiyaçılarımızın müxtəlif idman növü üzrə nümünəvi çıxışları oldu. Musiqi nomrələri paralimpiyaçılarda xoş ovqat yaratdı.

Festivala ilk dəfə əlil arabasında rəqs xüsusi rəng qatdı. Beləliklə ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Naxçıvanda keçirilən möhtəşəm Paralimpiya İdman Festivalının ilk günü özünün əzəməti, rəngarəngliyi, zənginliyi ilə yaddaşlarda qaldı. Bu gün paralimpiya idman növləri üzrə yarışlar davam edir. Qaliblərin təltif olunma mərasimindən sonra Festival başa çatacaq.
Festivala 30 yaxın Naxçıvan paralimpiyaçısı qatılıb.

Xəbər 1249 dəfə oxundu.