Joze Mourinyo Londona tək getməyəcək
«Çelsi»yə dönəcəyi deyilən Joze Mourinyo Londona tək getməyəcək. Portuqaliyalı mütəxəssisin «Real»dakı yetirmələrindən birini özü ilə İngiltərəyə aparacığı deyilir.

İddialara görə, Mourinyo Xabi Alonsonun «Çelsi»yə transferini istəyir. Mövsümün sonunda «Real»dan ayrılması gözlənilən futbolçunun «Liverpul»a da keçmək ehtimalı var. Lakin Mourinyo «Çelsi»yə gedəcəyi halda onun da seçimi bu komanda olacaq.

Xəbər 1219 dəfə oxundu.