Şəkidə yarış keçirilib
Aprelin 26-da Şəki şəhər Gənclər və İdman İdarəsi, təqvim planına əsasən, böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq məqsədi ilə, ümumtəhsil məktəblərinin şagirdləri arasında fövqaladə hallara hazırlıq sahəsində fiziki və intelektual müsabiqələrdən ibarət “Gənc xilasedici və yanğınsöndürən” yarışı keçirilib.

Şəhər stadionunda 12 komandanın iştirakı ilə keçirilən yarışda birinciyə 18, ikinciyə Lisey komandası, üçüncü yerə 11 saylı tam orta məktəbin komandası layiq görülüb.

Sonda qaliblər Şəki şəhər Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 905 dəfə oxundu.