"Sumqayıt" klubu hazırlığını davam etdirir
Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində "Rəvan"la qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir.

Bu gün səhər məşqinə çıxan "kimyaçılar" daha çox topla çalışmalara üstünlük verib. Son turda "Kəpəz"lə qarşılaşmada zədələnən Pərdis Fərcad-Azad hələki məşqlərə qatılmır. Bir müddət əvvəl əməliyyat olunan Orxan Əliyev isə artıq yüngül məşqlərə başlayıb. Bundan başqa, əvəzedici komandanın üzvü Süleyman Piriyev əsas komanda ilə birlikdə hazırlaşır.

Qeyd edək ki, "Sumqayıt" - "Rəvan" oyunu mayın 4-də Bayıl Arenada saat 17:00-da start götürəcək.

Xəbər 1011 dəfə oxundu.