Xavi: "Messinin olmaması bizim üçün çox böyük itki idi"
"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Çempionlar Liqasının yarımfinalında qarşılaşdıqları "Bavariya" matçı haqqında fikirlərini bildirib.

Futbolçu Messinin yoxluğunun oyuna təsir etdiyini deyib:

"Messinin olmaması bizim üçün çox böyük itki idi, amma bu bəhanə deyil. Bizim bu oyunumuza təsir etdi. "Bavariya" bizdən daha yaxşı oynadı. İlk hissədə əlimizdən gələni etdik, amma ikinci hissədə Robbenin vurduğu qol hər şeyi imkansız etdi. "Bavariya" klubunu təbrik edirəm. Bu nəticəyə görə isə alman futbolunun, ispan futbolundan daha güclü olmasını demək düzgün deyil".

Xəbər 818 dəfə oxundu.