"Avropaya pənəcərə" problemləri
Ölkə kubokunda həlledici mərhələnin əsas oyunları çempionatın finiş qanunları ilə başabaş addımlayır. Məsələn, artıq ölkə çempionu "İnter"in mövsümü uğurla bitirmək üçün kuboku qazanmaqdan başqa çarəsi yoxdur. Bundan ziyadə bu, komandaya həm də "Avropaya pəncərə" açmaq üçün lazımdır. Eyni sözlər eyni qadyada "Bakı"ya da şamil olunmalıdır. Bu sıradan AzAL-ı da çıxmaq olmaz. Komandanın final mərhələsinə yaxşı başlasa da, son oyunlardakı uğursuzluqlara görə əsas ümidini kuboka bağlayıb. Belə çıxır ki, yarımfinalçılar arasında yalnız "Xəzər Lənkəran"ın "Avropa problemi" yoxdur. Lakin bu komanda da titul həsrətindədir. Uğur üçün mövsümü ölkə kuboku ilə tamamlamaq da lap yerinə düşər.
Bütün sadalananların hiss-həyəcanı birinci oyunlarda açıq-aşkar hiss olundu. Hətta "təyyarəçilər" "İnter"lə oyunda hakimlikdən tam narazı qaldılar. Hələ üstəlik, komandanın sükançısı Nazim Süleymanov da, kəskin etirazına görə, matçın gedişində tribunaya qovuldu.
Əvzəində heç gözlənilmədən Lənkərandakı qarşılaşma tam sakit keçdi və son illərdə ilk dəfə cənublular paytaxtın eyniadlı komandasını məğlubiyyətə uğradıb sindromu qırdılar. Lakin nəticənin mərhələ adlamaq üçün yetərli olub-olmamasını cavab görüşü bildirəcək. Bundan sonra mövsümdə həlledici hesablamalara başlamaq olacaq.

Futbol. Azərbaycan kuboku.
1/2 final. İlk oyunlar:
27 aprel (çərşənbə).
"Xəzər-Lənkəran" - "Bakı". 1:0 (Uinston Parks, 23).
"İnter" (Bakı) - AzAL (Bakı). 0:0.
Cavab görüşləri: 4 may (çərşənbə).

Xəbər 915 dəfə oxundu.