I Divizionunda təyinatlar açıqlanıb

Futbol üzrə Azərbaycan I Divizionunda 24-cü turun təyinatları açıqlanmışdır.

Şənbə günü yalnız iki oyun keçiriləcək. Qalan oyunlar isə bazar günü olacaq.

04 may (şənbə)

“Şahdağ” – “Şuşa”
Hakim-inspektor: Abdulla Məmmədov
Ş.Orduxanov adına Qusar şəhər stadionu

“Qala” – “Şəmkir”
Hakim-inspektor: Əlibala Ələsgərov
Zirə qəsəbə İdman Kompleksinin stadionu

05 may (bazar)

“Lokomotiv” – “Ağsu”
Hakim-inspektor: Elşad Ağayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança

“Bakılı” – “Energetik”
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə qəsəbə İdman Kompleksinin stadionu

06 may (bazar ertəsi)

“Tərəqqi” – “Qaradağ Lökbatan”
Hakim-inspektor: Rafiq Məmmədov
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu

MOİK – “Göyəzən”
Hakim-inspektor: Arif Fərəcov
“Ədliyyə” stadionu

Bütün oyunlar 16:00-da başlanacaq.

Xəbər 806 dəfə oxundu.