«Rəvan»da Orlovski problemi
«Rəvan» Premyer Liqanın 29-cu turunda «Sumqayıt»ın qonağı olacaq. Bakı klubu oyuna hazırlığı elə matçın keçiriləcəyi «Bayıl Arena»da davam etdirir.

Gündə 1 dəfə olmaqla məşq edən komandada əsas diqqət toplu çalışmalara yönəldilir. Amma fiziki hazırlıq və qapıya zərbələr də yaddan çıxmır. Dünən baş tutan hazırlıqda futbolçular «kvadrat» oynamaqla təzyiq altında topu özündə saxlamaq üzərində xüsusi çalışıb.

Qeyd edək ki, məşqdə Nikolay Orlovskidən başqa, hamı iştirak edib. Moldovalı müdafiəçi zədəlidi və fərdi qaydada məşq edir. Onun «Sumqayıt»la görüşdə iştirakı da sual altındadı.

Xəbər 749 dəfə oxundu.