“Synergy Baku Cycling Project”in velosipedçisi ilk mərhələnin qalibi oldu
“Tour d`Azerbaidjan” beynəlxalq veloturunun 1-ci mərhələsi “Synergy Baku Cycling Project”in qələbəsi ilə başa çatıb. İdman.com.az saytı xəbər verir ki, mütəxəssislərin ehtimalları düz çıxıb - hamar yolda komandamızın üzvləri fəalliqları ilə seçiliblər. Bakı klubunun üzvü Kristof Şvaytser məsafəni 1-ci qət edib. Artıq 4-cü dövrədən liderliyi ələ alan təmsilçimiz, qələbəni çətinliklə qazanıb.

Belə ki, uzun müddət liderlər qrupunda yer alan Kristof sonradan geridə qalsa da, həlledici məqamda gücünü toparlayaraq, yekunda finiş xəttinə hamıdan tez çatıb. “Atlas”ın üzvü Maksim Averin 2-ci, “Rabobank”lı Martin van Treyl 3-cü yer tutub.

Veloturun 2-ci mərhələsi sabah start götürəcək. Komandalar Şıx çimərliyi ilə üzbəüz ərazidəki, yenidən qurulmuş müasir velosiped parkından rəqabətə başlayacaqlar; Bakı–Abşeron–Qobustan–Şamaxı–İsmayıllı marşrutu üzrə hərəkət edəcəklər. İdmançılar 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllıda finiş xəttini keçəcəklər.

Xəbər 810 dəfə oxundu.