Karlos Tevesin vətən sevdası
“Mançester Siti”nin hücumçusu Karlos Teves gələcək karyerası ilə bağlı açıqlama verib.

İdman.com.az saytının məlumatına görə, 29 yaşlı futbolçu vətəninə 33 yaşında qayıtmağı düşünür.

“Mən “Boka Xuniyors”a qayıtmaq üçün səbirsizlənirəm. Ən çox qayıtmağımı qızım istəyir və dəfələrlə məndən bunu xahiş edib. Lakin düşünürəm ki, indi qayıtmaq mənim üçün çətin olacaq. Transferimə görə kim pul ödəyəcək? Oynamadığım zaman klubum məni heç “Milan”a 17 milyon avroya satmaq istəmədi. Mən yalnız 33 yaşımda Argentinaya qayıda bilərəm”.


Aynurə Pənahqızı

Xəbər 1029 dəfə oxundu.