Hummels:"Finala çıxdığımız üçün xoşbəxtik"
"Borussiya"nn müdafiəçisi Mats Hummels Çempionlar Liqasının yarımfinalında qarşılaşdıqları "Real" matçı haqqında fikirlərini bildirib.

Futbolçu finala çıxdıqları üçün xoşbəxt olduğunu deyib:
"Azarkeşlərin sona qədər "Real"a dəstək olacağını bilirdik. Məncə, oyunu idarə etməyi biz bacardıq. Necə ki, "Malaqa" matçında da üstün tərəf biz idik. Biz öz xəyallarımızı reallaşdırdıq. Finala çıxdığımız üçün xoşbəxtik. "Uembli"də oyun möhtəşəm olacaq".

Xəbər 904 dəfə oxundu.