Barak Obama Jason Kollinsin müdafiəsinə qalxıb
ABŞ prezidenti Barak Obama NBA-da çıxış edən basketbolçu Jason Kollinsin müdafiəsinə qalxıb. Dövlət başçısı «mavi» olduğunu açıqlayan basketbolçu ilə fəxr etdiyini bildirib.

Obama mətbuat konfransından ayrılarkən jurnalistlərin bununla bağlı sualını eşidərək kürsüyə qayıdıb və «mavi» olduğunu açıqlayan «Vizards»ın oyunçusu haqqında danışıb. Prezident dünən (sırağagün) görüşdüyünü bildirib: «Kollins yaxşı insandı. Onunla fəxr edirəm. Bunu özünə də dedim. Bu ölkədə cinsi azlıqlar cəmiyyətdən tolerantlıq gözləyir, başqaları ilə bərabər olmağı, Amerika ailəsinin bir parçasına çevirilməyi istəyir.

Obama deyib ki, Kollinsin bu açıqlaması «mavi» olduğunu açıqlamağa cəsarəti çatmayan başqa gənclər üçün də örnək olacaq: «Hər kəs bu ailənin bir parçasıdı. İnsanları xarakterlərinə və hərəkətlərinə görə dəyərləndirməliyik, cinsi oriyentasiyalarına görə yox. Kollinslə fəxr edirəm».

Qeyd edək ki, Kollins bir jurnala müsahibəsində «qarayam, «mavi»yəm» açıqlamasını vermişdi».

Xəbər 857 dəfə oxundu.