Avropada alman «Real»lığı
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Ilk oyun günündə bir qarşılaşma keçirilib və ilk finalçı müəyyənləşib.

Gecənin yeganə oyununda Madrid «Real»ı Dortmund «Borussiya»sını qəbul edib. Bu komandalar arasında Almaniyada baş tutan ilk oyunda meydan sahibləri 4:1 hesablı qələbə qazandığından ispanlar 3 cavabsıq qol vurmalı idi.

Oyun başlayan kimi irəli atılan «Real» ard-arda qol vəziyyətləri yaratsa da, almanlar müdafiədə səhviz oynayıb və meydan sahiblər qol vurmaqda çətinlik çəkib. 83 dəqiqədə rəqib qapısına yol tapa bilməyən «Real» növbəti 5 dəqiqədə 2 qola imza atıb. Əvvəlcə Kərim Benzema Məsut Özilin ötürməsini qola çevirib. Ardınca isə onun ötürməsini Serxio Ramos dəyərləndirib. Lakin «Real» üçüncü qolu vura bilməyib və «Borussiya» iki yunun nəticəsinə görə 4:3 (4:1, 0:2) qələbə qazanaraq finala çıxıb.

Qeyd edək ki, yarımfinalın son oyunu sabah keçiriləcək və «Barselona» «Bavariy a»nı qəbul edib. Almaniya klubu evdə 4:0 hesablı qələbə qazandığından finala vəsiqəni demək olar ki, təmin edib.

Çempionlar Liqası
1/2 final (cavab oyunu)
30 aprel

Real (Madrid, İspaniya) – Borussiya (Dortmund, Almaniya) 2:0
Qollar: Kərim Benzema, 83. Serxio Ramos, 88.
Real: Dieqo Lopez, Rafael Varane, Serxio Ramos (k), Fabio Koentrao (Kaka, 57), Mesut Özil, Xabi Alonso (Sami Kedira, 68), Mixael Essyen, Luka Modriç, Angel Di Maria, Kriştiano Ronaldo, Qonzalo Hiquayn (Kərim Benzema, 57).
Ehtiyat oyunçular: İker Kasilyas, Pepe, Raul Alibol, Alvaro Morata.
Baş məşqçi: Joze Mourinyo.
Borussiya: Roman Veydenfeller (k), Neven Subotiç, Mats Hummels, Lukas Pişçek, Marsel Şmelzer, Sven Bender (Felipe Santana, 90+1), İlkay Gündoğan, Mario Götze (Kevin Qrobkreuts, 14), Marko Reus, Yakub Blaşikovski, Robert Levandovski (Sebastian Kehl, 87).
Ehtiyat oyunçular: Mitçell Lanqerak, Morits Leytner, Nuri Şahin, Julian Şkyeber.
Sarı vərəqələr: Fabio Koentrao, 26. Qonzalo Hiquayn, 43. Serxio Ramos, 79. Sami Kedira, 81 - İlkay Gündoğan, 43. Sven Bender, 45+1. Roman Veydenfeller, 83.
Baş hakim: Hovard Uebb (İngiltərə).
Madrid. «Santyaqo Bernabeu» stadionu. Saat 23.45.

Xəbər 981 dəfə oxundu.