Heydər Əliyevin 90 illik yubileyinə Açıq Kubok yarışı
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası İdman Səmtləşməsi Federasiyası da (ARİSF) tədbir keçirəcək. Bu barədə məlumatı «İdman» qəzeti və idman.com.az saytına ARİSF-in prezidenti Mirəli Kazımov məlumat verdi. Bildirdi ki, 10-12 mayda Xaçmaz rayonunun Nabran qəsəbəsində baş tutacaq Açıq Kubok mübarizəsi ölkəmizdə təşkil olunacaq ilk beynəlxalq yarışdır:

- Federasiyamız ötən il beynəlxalq ailəyə üz qəbul oldu. Bu mövsüm ölkə xaricində keçirilən bir turnirdə qüvvəmizi sınamışıq. Nəticə pis alınmadı: 1 kateqoriyada təmsilçimiz 1-ci yer tutdu.
Heydər Əliyevin 90 illiyinə həsr olunacaq Açıq Kubok yarışına da səylə hazırlaşırıq. Bu rəqabətdə Türkiyə, Ukrayna, Moldova, Rusiya, Gürcüstan və Çindən olan komandalar iştirak edəcəklərini təsdiqləyiblər. Skandinaviya ölkələrindən və Avropa İttifaqının üzvü olan ölkələrdən gələn idmançıların iştirakı məsələsi müzakirə olunur.

Azərbaycan Respublikası İdman Səmtləşməsi Federasiyasının fəxri üzvü Aleksandr Mişşenko son iki ildə Azərbaycanda idman səmtləşməsi sahəsində baş vermiş dəyişiklikləri yüksək qiymətləndirdi. Səfir Heydər Əliyev adına kubok yarışlarında özünün də iştirak edəcəyini bildirdi.

A.Mişşenko əlavə etdi ki, 2013-cü ilin payızında Azərbaycanda idman səmtləşməsi üzrə açıq beynəlxalq turnir keçiriləcəkdir. Həmin yarışda Ukrayna, Türkiyə, Rumıniya və digər ölkələrin komandaları iştirak edəcəklər. Azərbaycan tez-tez beynəlxalq miqyaslı tədbirlər keçirir. Bu, ölkəyə turistləri cəlb edən amillərdən biridir. Azərbaycanda idman səmtləşməsinin inkişaf etdirilməsi üçün əlverişli şərait vardır.

Qeyd edək ki, milli komandamızıa bu ildən Nizami Mursakulov çalışdırır. Mütəxəssis, həmçinin sözü gedən yarışın baş hakimidir.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq Açıq Kubok yarışına Gənclər və İdman Nazirliyi, Vergilər Nazirliyini, Mədəniyyət və Turizm Nazirliyini, Dövlət Xüsusi Mühafizə Xidmətini, Dövlət Sərhəd Xidmətinin, Xaçmaz rayon İcra Hakimiyyətinin, habelə Ukraynanın Azərbaycandakı səfirliyinin dəstək verir.

Kamran HACI

Xəbər 1702 dəfə oxundu.