Bakının “İnter” klubunda kadr dəyişikliyi baş verib
Bakının “İnter” klubunda kadr dəyişikliyi baş verib. Prezidentindən tutmuş baş məşqçisinə qədər legionerlərdən təşkil olunan paytaxt təmsilçisi azsaylı yerli kadrlardan biri Səbuhi Səfiyarlı ilə yollarını ayırıb.

Klub rəhbərliyi “İnter”in baş menecerini vəzifəsindən azad etməyi lazım bilib. Onun əvəzinə kluba daha bir bolqarıstanlı və ya gürcüstanlının gətiriləcəyi istisna edilmir.

Qeyd edək ki, Səfiyarlı 2010-cu ildən “İnter”də çalışırdı.

Xəbər 827 dəfə oxundu.