İdman həkimləri üçün məşğələ keçiriləcək
Mayın 3-də Bakıda milli yığma komandaların həkimləri üçün oynaqdaxili inyeksiya metodikası üzrə təlim-tədris məşğələsi keçiriləcək. Məşğələlərdə Ukraynanın aparıcı mütəxəssisləri – Ukrayna Dövlət Tibb Universitetinin kafedra müdiri, professor, tibb elmləri doktoru Aleksandr Beryanov və tibb elmləri doktoru travmotoloq Vyaçeslav Yevseyenkonun işrirakı gözlənilir. Məşğələ prosesində Azərbaycanın aparıcı idmançılarının oynaqlarının müayinəsi və ilkin müalicəsi nəzərdə tutulub. Məşğələdə iştirak edən idman həkimlərinə xüsusi sertifikatlar veriləcək.
Tədbirin təşkilatçısı “Yuriya-Farm” firmasının ölkəmizdəki nümayəndəliyinin direktoru Elmar Manafov əməkdaşımıza bildirib ki, bu məşğələlər Azərbaycan idman tibbinin inkişafına öz töhfəsini verəcək. Gələcəkdə belə məşğələlərin daha geniş formada təşkili nəzərdə tutulub.

Xəbər 2901 dəfə oxundu.