Astarada sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib
Astara rayon Gİİ –nin və UGİM ilə birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 26-28 aprel tarixlərdə Astara Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.

Birinciliyin əsas məqsəd və vəzifəsi ümummilli lider Heydər Əliyevin ideyalarını və irsinin təbliği, Azərbaycanın müstəqilliyi uğrunda fədəkarlığı və qəhrəmanlığı barədə gənclərə ətraflı məlumatlar vermək olub.

120 yeniyetmə, aşağı yaş 15 çəki dərəcəsində (23-85kq), yuxarı yaş (42-97kq) çəki dərəcələrində Astara şəhər, Ərçivan qəsəbə, UGİM və OİK –nin sərbəst güləş üzrə idmançıları öz güclərini sınayıblar.

Sonda qaliblər RGİİ –nin və UGİM –nin diplomları, medalları və qiymətli hədiyyələri ilə təltif olunublar.

Xəbər 1014 dəfə oxundu.