Tərtərdə mini futbol üzrə rayon birinciliyi keçirilib
17-25 aprel tarixlərində ümummilli lider Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş rayonun ümumtəhsil məktəblərinin 12-13 yaşlı uşaqlar arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.

Tərtər rayon Gənclər Mərkəzinin mini futbol stadionunda 20 komanda, hər komandada 6 nəfər şagird, ümumilikdə 120 nəfər iştirakı ilə keçirilən yarışın məqsədi ulu öndər Heydər Əliyevin 90 illik yubleyinin gənclər arasında qeyd olunması, gənclərin idmana marağının artırılması, yeniyetmələrin pis vərdişlərdən uzaqlaşdırılması, futbol idman növünün yeniyetmələr arasında təbliği, onlar arasından prespektivli futbolçuların aşkar edilməsi olub.

Sonda birinciyə Köçərli kənd, ikinciyə Şəhər 1 saylı, üçüncü yerə Buruc kənd tam orta məktəbin komandaları layiq görülüblər.

Qaliblər kubok və diplomlarla təltif olunublar.

Xəbər 1301 dəfə oxundu.