"Bakı"nın "Atletiko"ya qarşı oynayayacaq heyəti açıqlandı
"Bakı”nın Madrid “Atletiko”su ilə bugünkü yoldaşlıq görüşündə heyəti açıqlanıb.

Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda “zolaqlılar”ın yalnız yerli futbolçuları oynayacaq. Onlar əsas komanda ilə yanaşı, əvəzedici heyətdə olan futbolçulardır.

Belə ki, Kamran Ağayevin kapitanı olduğu komandada onunla yanaşı, Aqil Məmmədov, Aqil Nəbiyev, Şəhriyar Əliyev, Əziz Quliyev, Novruz Məmmədov, Cavid Hüseynov, Elvin Məmmədov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Nurlan Novruzov, Rauf Əliyev var.

Ehtiyatda əvəzedicilərdən Elşən Rzazadə, Sənan Bayramzadə, Vadim Abdullayev, Vüqar Mustafayev, Raul Yaqubzadə, Tural Qürbətov, Valeh Seyidov, Mahir Mədətov, Ülvi Süleymanov, Vüqar Namazəliyev yer alıb. 22 nəfərlik komandanın baş məşqçisi də yerli, sabiq çalışdırıcı Novruz Əzimovdur.

Qeyd edək ki, oyundan 1 saat öncə konsert proqramı olacaq.

Xəbər 796 dəfə oxundu.