“Oyunda bir az şanslı idik”
“Fənərbaxça” qadın basketbol komandasının məşqçisi Roberto İniquaz “Qalatasaray”ı 71-70 məğlub etdikləri matçdan sonra mətbuat nümayəndələrinə açıqlamalar verib.

İdman.com.az saytının məlumatına görə, İniguaz oyun zamanı bütün komandanın ürəklə oynadığını bildirib.

Məşqçi öz şərhlərində bir sıra məsələlərə də toxunub: “Oyunda bir az şanslı idik desəm yəqin ki, yanılmaram. Amma son hissədə həqiqətəndə yaxşı oynadıq. Oyunun ilk dəqiqələrində çox səhvlərə yol verdik. Xüsusilə də, ilk dövrə də çox pas səhvləri etdik. Bütün komanda qalib gəlmək üçün ürəklə oynadı. Çempion olmaq üçün isə yalnız bir matçımız qalıb. Ümid edirəm ki, bu matçda da komandamız belə gözəl oyun nümayiş etdirəcək”.



Aynurə

Xəbər 1088 dəfə oxundu.